Leysan yağışları nəticəsində ölənlərin sayı 49-a çatdı

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, təbii hadisə nəticəsində daha 48 nəfər itkin düşüb.

Hazırda xilasetmə əməliyyatlarında ölkənin özünümüdafiə qüvvələrinin, polisin və yanğınsöndürmə xidmətinin 48 min əməkdaşı iştirak edir. Ölkənin cənub-qərbində yaranmış vəziyyət olduqca ciddi qiymətləndirilir.

COP29