Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Leysan yağışları Oğuzda fəsadlar yaratdı

Axşam saatlarından başlayaraq yağan güclü leysan yağışları Oğuz rayonuda bir sıra fəsadlar yaradıb.

Yenicag.az-ın məlumatına görə, rayon ərazisindən axan Daşağıl, Əlican, Türyançay çaylarında suyun səviyyəsi bir neçə dəfə artıb. Leysan yağışları Oğuz rayonunun ucqar Muxas kəndində bir sıra fəsadlar yaradıb. Daşağıl çayda su səviyyəsinin bir neçə dəfə artması, lil və ağac qrıntılarının çoxalması nəticəsində sel-suları kəndə düşüb. Eyni zamanda dağlara yağan leysan yağışları da digər bir istiqamətdən kəndə yönəlib. Nəticədə fərdi təsərrüfatlara, həyətlərə , evlərin zirzəmilərinə, anbarlara və yaşayış sahələrinə su dolub, divarlar dağılıb.

Sel fəsadlarının artdığını görən yerli icra və bələdiyyə sturukturları dərhal müvafiq qurumları məlumatlandırıb. Yerli sakinlərin köməyi ilə gecə saatlarında ahıl və qocalar, eləcə də azyaşlılar daha təhlükəsiz ərazilərə yerləşdirilib. Rayon Hövqəladə Hallar Komissiyasının ilkin araşdırmalarına görə 300 ailənin yaşadığı kənddə 100-dən artıq fərdi yaşayış evinə ziyan dəyib.

Hazırda Muxas kəndində təsərrüfatlara dəyən zərərin miqdarı araşdırılır./Report/

www.yenicag.az

1255
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS