“Lezbiyan olduğum üçün serialdan qovuldum” – 30 yaşlı aktrisa

“Avlu” serialında çıxış edəm aktrisa Nil Makaracı heyətdən uzaqlaşdırılıb.

Yenicag.az xəbər verir ki, Türkiyə sərhədlərindən kənarda “Orange is the New Black” adıyla yayımlanan serialdan aktrisanın qovulmasına onun lezbiyan olması səbəb olub.

Bu barədə aktrisanın özü açıqlama verib: “Çox böyük həyəcan və istəklə çəkildiyim “Avlu” serialından qovuldum. Buna isə səbəb lezbiyan olmağımdır. Ortada başqa bir bəhanə yoxdur. Maddi və mənəvi cəhətdən korluq çəkirəm. İki gündür ağlayıram”.

Qeyd edək ki, sözügedən serialın yaxın günlərdə “Star TV” telekanalında yayımlanması nəzərdə tutulub.