“LGBT deyilən ailə düşməni struktura qarşıyıq”.
Yenicag.az xəbər verir ki, bunu “TRT World Forum”da çıxışı zamanı Türkiyə PRezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan ölkə televiziyalarında yayımlanan film-seriallarda dindar və dünyəvi həyat tərzi keçirən vətəndaşların qarşı-qarşıya qoyulduğunu bildirib. O bunları “provokativ yayım siyasəti” adlandırıb.
Ərdoğan: “Bütün ailə strukturumuz hədəfə alınır, toplumun əsas dirəyi olan ailə bir növ pisliklərin qaynağı kimi yansıdılır. Biz iqtidar partiyası olaraq LGBT deyilən ailə düşməni struktura qarşıyıq. Bunlar irəliyə hesablanmış sosial mühəndislik layihələridir”, – deyə qeyd edib.