!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Şaban: “Çox güman ki, bu kreditləşmə prosesi gələn ilin I rübü ərzində başa çatacaq”

!Reklam – Yazi

dbDünya Bankının qərarı digər qurumların da Cənub Qaz Dəhlizinə pul ayırmasını sürətləndirəcək

Xəbər verdiyimiz kimi, Dünya Bankının (DB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Dünya Bankının bu barədə yaydığı məlumata görə, kreditin 400 mln. dolları Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə, yerdə qalan hissəsi isə Türkiyə dövlətinin zəmanəti ilə “BOTAŞ” şirkətinə veriləcək.

87b8a0fa-4d5c-4feb-8b9c-777c79aa073d_mw1024_mh1024_s

Dünya Bankının qərarını şərh edən neft sahəsi üzrə ekspert İlham Şaban bildirib ki, bu, çox önəmli hadisədir:

“Çünki Dünya Bankının ardınca Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur İnvestisiyaları Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da “Cənub Qaz Dəhlizi” QSC-nə Azərbaycan dövlətinin “Şahdəniz”dəki və qaz infrastruktur layihələrindəki payının maliyyələşdirilməsi üçün kredit xətti açılmasında iştirak edəcəklər. Çox güman ki, bu kreditləşmə prosesi gələn ilin I rübü ərzində başa çatacaq. Bu kreditlərin məbləğinin 3 milyard dollaradək olacağı gözlənilir. Qeyd edim ki, dekabrın əvvəlində Asiya İnkişaf Bankı “Cənub Qaz Dəhlizi” QSC-nə 1 mlrd. dollar dəyərində kredit ayırmışdı.

Bir şeyi nəzərə almaq lazımdır ki, verilən kreditlərin şərtləri Azərbaycan üçün kifayət qədər əlverişlidir:

a) onlar aşağı faiz dərəcələri ilə verilir:
b) uzunmüddətli dövrə verilir: 20 ildən 30 ilədək
c) ödənmə müddəti 2020-ci ildən başlayır.”

Qeyd edək ki, sərmayədarlar Avropa Yenidənqurma və İnkişaf Bankından 1,5 milyard dollar almağa ümidlidilər.

Yeniçağ.Az

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv