Liberiyada torpaq sürüşməsi – 45 şaxtaçı öldü

Liberiyanın şimal-qərbindəki Massakpa şəhəri yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində azı 45 şaxtaçı həlak olub.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində iki mədən dağıntılar altında qalıb.

Məlumata görə, mədəndən 45 nəfərin cəsədi çıxarıla bilib. Ölü sayının artacağı istisna edilmir.

Qeyd olunub ki, şaxtaçılar Liberiyanın Qrand Keyp Maunt qraflığındakı qızılla zəngin şəhərlərdə qanunsuz mədən işləri ilə məşğul olublar.