Aviqdor Liberman istefaya getdi

İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərara səbəb kimi onun Qəzzada hərbi əməliyyatların dayandırılması ilə bağlı narazılığı göstərilib.

Onun istefaya gedəcəyi halda İsrail hökumətinin dağılacağı və nəticədə parlamentin buraxılacağı iddia edilib.

Xatirladaq ki, Liberman ölkədə növbədənkənar seçkilərin keçirilməsinin lazım olduğunu demişdi.

Qeyd edək ki, A.Liberman 2016-cı ildən müdafiə naziri vəzifəsində işləyib.

COP29