Yəhudi Evi Partiyası İsrailin müdafiə naziri vəzifəsinə Təhsil naziri Naftali Bennetin namizədliyini irəli sürməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, partiya bunu hazırkı hökumətin saxlanılması üçün əsas şərt olaraq irəli sürüb.
Qeyd edək ki, Liberman az öncə İsrailin müdafiə naziri vəzifəsindən istefaya gedib. O, istefasına səbəb kimi hökumətin HƏMAS-la bağlı apardığı siyasəti dəstəkləməməsini göstərib.