Aparıcı Lamiyə Ələkbərqızının uzun illərdən bəri çalışdığı “Lider” telekanalından getməsi ilə bağlı xəbərlər yayılıb.
Axşam.az-ın əldə etdiyi məlumata görə, sözügedən telekanalda həm də direktor müavini kimi fəaliyyət göstərən aparıcı artıq ərizəsini də yazıb.
Yenicag.az aparıcı ilə əlaqə saxlasa da, telefonlarımıza cavab verməyib.
Lider TV-dən aldığımız məlumata görə, Lamiyə Ələkbərova hazırda iş başındadır.
Cəvahir
Yenicag.az