!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Liderlərin görüşündə masada olan kitabın adı diqqət çəkdi - FOTO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün Çexiyanın paytaxtı Praqada “Avropa siyasi birliyi” sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib.

Prezident R.T.Ərdoğan sammitdən əvvəl Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Dörd lider ayaqüstü söhbət ediblər. Daha sonra Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Nikol Paşinyan masa arxasında əyləşərək söhbətə davam ediblər.

Görüşdə masada əsas diqqət çəkən detallardan biri kitab olub. Masa üzərindəki kitab alban yazıçısı Lea Ypinin yazdığı “AZAD – Tarixin sonu və yeni dövrün başlanğıcı” olub.

Kitabda 1990-cı ildə kommunist Albaniyasının süqut etməsi, demokratik sistemə keçiddən bəhs edilir.

Masada diqqət çəkən digər məqam isə kitabın üzərindəki gül şəklinin hardasa eynisinin stolun üzərində olmasıdır.

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv