Kreml Rusiya və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələləri açıqlayıb.
Yenicag.az TASS-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının sözçüsü Dmitri Peskov danışıb.
O bildirib ki, Vladimir Putinin Ankaraya səfəri çərçivəsində ikitərəfli əməkdaşlıq, regional gündəlik və Ukrayna əsas müzakirə mövzusu olacaq.
Rusiya liderinin fevralın 12-də Türkiyəyə səfəri planlaşdırılır.