Reklam: High Technic
hightechnic

Liftdə ölüm hadisəsi - BAKIDA

Hadisə Səbail rayonunda qeydə alınıb.

Rayon ərazisində yarımtikilidə fəhlə kimi fəaliyyət göstərən liftquraşdırma idarəsinin işçisi, Ağdam rayon qeydiyyatında olan, 1983-cü il təvəllüdlü Balakişiyev Ədalət Fazil oğlu quraşdırdığı liftin içərisində ölüb.

Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail rayon şöbəsinə təhvi verilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.(ölkə.az)

www.yenicag.az

1734