Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün vətəndaşlara daha bir müraciət edib.
Yenicag.az xəbər verir ki, müraciətdə bildirilir:
“Virusdan qorunmaq üçün iş yerlərində, müxtəlif ofis binalarında və restoranlarda liftdən istifadə edərkən bəzi qaydalara əməl etmək vacibdir: Lift növbəsində və liftin içərisində fiziki məsafəni qoruyun, maska taxın. Əgər liftdə çox insan varsa, ora daxil olmayın, növbəti gedişi gözləyin. Həmçinin, lift daxilində üz-üzə durmamağa və söhbət etməməyə çalışın”.