Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam edir.
Yenicag.az-ın məlumatına görə, bunu Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu cinayət barədə iki istiqamətdə araşdırma gedir:
“Maliyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğu Lift İdarəsinin fəaliyyətini yoxlayır, faktla bağlı cinayət işinin istintaqı aparılır”.
Kamran Əliyev qeyd edib ki, istintaq başa çatandan sonra ictimaiyyətə açıqlanacaq./Trend/