ABŞ cari il üçün “Light” markalı xam neftin bir barrelinin qiymətinə dair proqnozunu artırıb.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.
Hesabata görə, bu il “Light” markalı xam neftin bir barrelinin orta qiyməti 67 dollar, 2019-cu ildə isə 62 dollar səviyyəsində olacaq.
EIA iyundakı hesabatında cari il üçün “Light”ın bir barrelinin qiymətinin 64,5 dollar, gələn il üzrə 62 dollar olacağını nəzərdə tuturdu.