!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Lionel Messi “Barselona”dan getdi

!Reklam – Yazi

Argentina millisinin futbolçusu Lionel Messi İspaniyanın “Barselona” klubu ilə yollarını ayırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Kataloniya klubu 34 yaşlı argentinalı superulduzla yeni müqavilə imzalaya bilməyib.

Bildirilir ki, buna səbəb futbol üzrə İspaniya çempionatının maddi qaydaları olub:

“Bir müddət öncə tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunsa da, maliyyə şərtləri və digər məsələlərə görə əməkdaşlığa xitam verilib”.

“Barselona” 34 yaşlı forvarda xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Futbolçunun karyerasını PSJ və ya “Mançester Siti”də davam etdirməsi gözlənilir.

Xatırladaq ki, Lionel Messinin bir müddət əvvəl İspaniyanın “Barselona” klubu ilə  5 illik yeni müqavilə imzalayacağı barədə xəbər yayılmışdı.

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edib. çempionatında qələbə sevinci yaşayıb.

 

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv