Lionel Messi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

Argentina millisinin ulduz futbolçusu Lionel Messi Amerika Kubokunun final görüşündə aldığı zədəyə görə uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Məlumata görə, futbolçu özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Amerika Kuboku başa çatdı, ilk növbədə mesajlara və təbriklərə görə hər kəsə təşəkkür etmək istəyirəm. Hazırda yaxşıyam və ümid edirəm ki, tezliklə ən çox sevdiyim işdən həzz almaq üçün meydançaya qayıdacağam. Düzdür, həkimlər zədənin ciddi olduğunu və müalicə prosesinin uzun müddət çəkə biləcəyini deyirlər. Amma yenə də ən qısa zamanda yaşıl meydanlara qayıtmaq istəyirəm”.

COP29