!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Liposaksiya əməliyyatının ölümcül riskləri: Professordan XƏBƏRDARLIQ

!Reklam – Yazi

İnsanların estetik cəhətdən daha mükəmməl görünmək istəyi, bu sahədə əməliyyatların artmasına səbəb olub. Bu artımın mərkəzində isə liposaksiya əməliyyatı dayanır. Cərrahların verdiyi məlumata görə, bu günlərdə daha çox insanlar bədənlərindəki arzuolunmaz yağlardan qurtulmaq istəyir və bunun üçün liposaksiyanı üstün tuturlar.

Bu barədə Sitat.info-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, son dövrlərdə aparılan əməliyyatlar liposaksiyadan daha çox, kontur-plastik əməliyyatlardır: “Yəni, həm liposaksiya, həm də lipofilinq edilir. Bu da o deməkdir ki çıxarılmış piylərin orqanizmdə dolğu kimi istifadə olunması aparılır”.
Professor bu tip əməliyyatların həyati riskinin olduğunu qeyd edib.

Onun sözlərinə görə, istənilən cərrahi əməliyyatın ilk riski infeksion prosesin başlamasıdır. Digər riski isə, xaric edilən piylərin miqdarından asılıdır.

“Bəzən əməliyyatlarda texniki qüsurlara görə problemlər yaşana bilər – yaralar irinləyər, piylərin çıxarıldığı yerlərə infeksiya düşə bilər. Orqanizmdən bir anda böyük miqdarda piy çıxarıldıqda, orqanizm ekstremal vəziyyətə düşə bilər. Çünki zədələnmiş və dağıdılmış piyin bir hissəsi bədəndə qalır və onlar sorulmağa başlayır. Belə bil vəziyyətdə, gərək xəstələr bir müddət reabilitasiya keçsin. Təəssüf ki, çox vaxt xəstələr bunu etmirlər və xeyli əziyyət çəkirlər. Ağırlaşmanın bir qrupu da buna bağlıdır”.

A.Qeybulla vurğuladı ki, istənilən halda bu əməliyyata gedən şəxs geniş şəkildə müayinə olmalıdır və bunun əsasında da onların əməliyyat göstərişi müəyyən edilməlidir.

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv