Lirə bahalaşdı

Türkiyə lirəsi ABŞ dollarına qarşı yenidən dəyər qazanıb.

Yenicag.az xəbər verir ki, 1 dollar ucuzlaşaraq 26,77 lirə olub.

Qeyd edək ki, daha əvvəl 1 dollar 27,01 lirə idi.

Əlavə edək ki, bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib. İclasda uçot dərəcəsi 7,5 faiz bəndi artırılaraq 17,5%-dən 25%-ə qaldırılıb.