Lirənin devalvasiyadan qorunması üçün daha bir QƏRAR

Türkiyədə əmlakın satışı və kirayəsi üzrə bütün hesabları milli valyuta – lirə ilə aparılacaq.

Yenicag.az-ın məlumatına görə, müvafiq qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən türk lirəsinin devalvasiyadan qorunması siyasəti çərçivəsində qəbul edilib.

30 gün ərzində tam olaraq bu sistemə keçiləcək.

Qeyd edək ki, Türkiyə Statistika İnstitutunun məlumatına əsasən, cari ilin iyulunda ölkədə 123 878 daşınmaz əmlak (il ərzində 6,9 faiz artım) satılıb./Trend/

COP29