Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Lirənin ucuzlaşması Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə necə təsir edir? - RƏY

“Lirənin ucuzlaşması fonunda Azərbaycan-Türkiyə ticari əlaqələrində müsbət dinamika gözlənilə bilər”.

Bunu son günlər türk lirəsinin kəskin şəkildə dəyərdən düşməsinin Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə münkün təsirlərini dəyərləndirən iqtisadçı Vüsalə Əhmədova Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, hazırda türk lirəsinin xarici valyutalar qarşısında dəyərdən düşməsinin əsas səbəbi qlobal qeyri-müəyyənlikdir:

“Öncəliklə qeyd edim ki, pulun dəyəri müxtəlif aktivlər, mallar və xidmətlər baxımından ölçülə bilir. Məsələn, səhmlərin qiymətlərinin artması, səhmlərə nisbətən pulun dəyərinin azalması deməkdir. Eyni şəkildə daşınmaz əmlak qiymətlərinin artması pulun dəyərinin daşınmaz əmlaka nisbətən azalması deməkdir. Pulun dəyərinin əsas ölçmə istiqaməti isə xarici valyutalar qarşısında yerli valyutanın dəyəridir. Biz bu dəyəri valyuta məzənnəsi adlandırırıq. Türkiyə Mərkəzi Bankının həyata keçirdiyi faiz endiriminin nəticəsidir ki, türk lirəsi dollara nisbətdə daha da ucuzlaşaraq 1 dollar 1,73 TL səviyyəsinə enmiş vəziyyətdədir. Mərkəzi Bankın sədri Şahap Kavcıoğlu faizlərin azaldılmasının məzənnənin ucuzlaşması ilə heç bir əlaqəsi olmadığını desə də, lirənin ən çox ucuzlaşan valyutalardan biri olmasının ən böyük səbəbi uğursuz pul siyasətinin nəticəsidir”.

Vüsalə Əhmədova vurğulayıb ki, Türkiyə valyutasının dəyərdən düşməsi bu ölkənin ixrac mallarının ucuzlaşmasına səbəb olacaq:

“İqtisadiyyatın ən məşhur hipotezlərindən biri olan “milli valyutanın xarici valyutalara görə dəyəri ilə xarici ticarət arasındakı əlaqəni ortaya qoyan hipotezi” xatırlatmaq istərdim. Ölkənin valyutası xarici valyutalara nisbətdə ucuzlaşarsa, ixrac ucuzlaşacağı üçün artacaq, idxal isə bahalaşacağı üçün azalacaq. Təbii ki, belə olan şəraitdə digər iqtisadi faktorlar da nəzərə alınmalıdır. Məsələn, milli valyutası ucuzlaşan ölkənin ixrac mallarını alacaq olan ölkələrdəki iqtisadi vəziyyət, ixrac və idxal malları üçün Marşall-Lerner şərti və s. Lirənin mövcud qiyməti ilə ölkənin ixrac potensialı da artacaq və dolayısıyla, Azərbaycan-Türkiyə ticari əlaqələrində müsbət dinamika gözlənilə bilər”.

Azərbaycan valyutası ilə bağlı vəziyyətə də toxunan iqtisadçı bildirib ki, qarşıdakı aylarda manatın dəyərdən düşəcəyi gözlənilən deyil:

“Ölkəmizdə manatın məzənnəsini müəyyən edən əsas amil enerji daşıyıcılarının dünya bazar qiymətidir. Məlumdur ki, hazırda dünya bazarında neftin barelinin qiyməti 85,25 ABŞ dolları, təbii qaza olan fyuçerslərin qiyməti isə 1 milyon BTU-ya 5,735 ABŞ dolları təşkil edir. Belə olan halda, manatın dəyərdən düşməsinin yaxın zamanda gözlənilmədiyini düşünürəm”.

Gülşən Şərif

www.yenicag.az

279
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100