Paralel Yapının ən hiyləgər xüsusiyyətlərindən biri cəbhəni genişləndirərək, başqalarını səninlə döyüşdürüb, özünü kənara çəkməkdir. Hazırda da eyni ssenari mənə qarşı oynanmaqdadır.
Məsələn, müxtəlif illərdə bu liseyləri oxuyan insanları qızışdıraraq, onların vasitəsi ilə linç kampaniyasına hazırlıq görürlər. Bir daha bəyan edirəm ki, hansısa məktəbi bitirmək cinayət deyil. Mənim ifadə etdiyim “lisey uşaqları” konkret olaraq, dövləti sistemli şəkildə ələ keçirəcəklərini etiraf edən qrupun özlərinə seçdikləri addır.
Bu gün Azərbaycanda və dünyada bu məktəbləri bitirən və sağlam ailə tərbiyyəsindən qaynaqlanan vətənpərvərlikl dövlətinə xidmət edən yüzlərlə insan var və onları dindən-imandan sui-istifadə edən bu qrupla əlaqələndirməmişik və bu o insanlara qarşı böyük haqsızlıq olardı. Ümumiyyətlə bu şəbəkənin içində də aldanmış, saf duyğularla hələ də Türk dünyasına xidmət etdiyini düşünən minlərlə insan var.
Bizim hədəfimiz heç vaxt o insanlar olmayıblar, biz dindən siyasi məqsədlər üçün istifadə edib, insanları qaralayan, dövlət içində dövlət olmaq istəyən Güclə mübarizə aparırıq. həmin güc isə bizim sözlərimizi təhrif edərək, bizi günahı sadəcə bu şəbəkənin yalanlarına inanmaq olanlarla üz-üzə qoymaqdadır.
Bizim tənqid etdiyimiz “lisey uşaqları” Azərbaycan dövlətini ələ keçirməyə çalışır.
Bizim tənqid etdiyimiz “lisey uşaqları” Azərbaycanı Pensiıvaniyadakı hocaya qurban deyir.
Bizim tənqid etdiyimiz “lisey uşaqları” dövlətə qarşı üsyana belə qalxa bilir.
Bizim tənqid etdiyimiz “lisey uşaqları” “söhbət”i qəbul etməyənləri öz düşməni olaraq, görür…
Belə insanları tərifləməkmi gərəkir?
Yoxsa sizdəmi düşünürsünüz ki, əvvəl-axır Gülən camaatı hakkmiyyəti ələ keçirib, müxalifətin 20 ildə edə bilmədiyini etməlidir?
Əminəm ki, yüzlərlə, minlərlə həmin məktəbləri bitirən insanlar bu mövqeyi paylaşmırlar. Və o insanları lisey məzunudur deyə, kimsə ittiham edə bilməz…
Bizim də elə bir dərdimiz yoxdur…
Eyni zamanda Camaat içində də evini-eşiyini atıb, türklük sevdası ilə dünyaya yayılan səmimi insanlar var ki, bizim onlarla da işimiz yoxdur…
Bizim mübarizəmiz “hizmət” adı altında o insanlardan istifadə edənlərlədir…
Bizim mübarizəmiz o insanların üzərindən oyunlar quranlarladır…
Bizim mübarizəmiz İslama xidməti CIA-Mossad-BDN-yə xidmətlə dəyişdirib, Hüseyn Gülərcənin dediyi kimi “hizməti həzimətə uğradanlarladır”….
Bəyəm bütün bunlara etiraz səhvdir?..
Aqil Ələsgər
İstanbul, Türkiyə