!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lisey və gimnaziyalara ərizə qəbulu ilə bağlı NARAZILIQ: “Burada əsas məsuliyyət...” – Ekspertdən AÇIQLAMA

!Reklam – Yazi

2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbulu başa çatıb.

https://sy.edu.az portalı üzərindən həyata keçirilən proses bəzi vətəndaşların narazılığına səbəb olub. Saytımıza daxil olan şikayətə görə qeydiyyat bitmədiyi təqdirdə vətəndaşın ərizəsi qəbul olunmayıb. Müraciətinə isə “yerlər dolub” cavabı verilib.

Təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlmasında məsələyə belə aydınlıq gətirib:

“Verilən vaxt ərzində vətəndaşlar qeydiyyatdan keçməlidir. O vaxt bitəndən sonra sistem avtomatik olaraq dayanır. Yəqin həmin vətəndaşlar sistem dayanandan sonra müraciət ediblər. Bundan  sonra sistem kimisə qəbul edə bilməz.

Əgər vətəndaş qeydiyyatdan keçməyibsə, vaxt başa çatandan sonra qeydiyyatdan keçməyə cəhd edirsə, bu, təbii ki, mümkün deyil. Ərizə qəbulu başa çatdıqdan sonra vətəndaşın ora əlavə qəbul olunması mümkün deyil.

Qeydiyyatdan keçənlərin sayı əsasında kitabçalar hazırlanır və s. Burada əsas məsuliyyət valideynlərin üzərinə düşür. Sistem elektron qaydada aparılır. Elan olunmuş vaxtda qeydiyyatdan keçmək lazımdır. Əgər hər hansı bir şikayət olarsa, Elm Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət edə bilərlər”.

Cəvahir

COP29

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv