Litva ABŞ hərbçilərinin ölkədə daimi qalmasını dəstəkləyib

Litva ABŞ hərbçilərinin ölkə ərazisində daimi qalmasını dəstəkləyir.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bunu Litva XİN rəhbəri Linas Linkyaviçus deyib.

“Hərbi kontingentimizin çox məhdud olduğundan ABŞ qoşunlarının ölkədə daimi qalmasını dəstəkləyirik”, – deyə Linkyaviçus bildirib.

Linkyaviçus amerikalılara havadan müdafiə məsələsinin də çox vacib bənd olduğunu bildirib: “Litvanın, demək olar ki, havadan müdafiə sistemi yoxdur”.

Bununla belə, Litva konstitusiyası ölkə ərazisində başqa ölkələrin hərbi bazaların olmasını qadağa edir.

Yeniçağ.Az

COP29