Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev çoxillik səmərəli ictimai fəaliyyətinə görə, Litva Milli icmalarının mədəniyyətlərarası dialoqunun genişləndirilməsinə və vətəndaşlıq şüurunun artırılmasına, Litva-Azərbaycan ədəbi, mədəni və tarixi əlaqələrinin inkişaf etdirilməsinə verdiyi mühüm töhfələrə görə Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar Departamenti tərəfindən mükafatlandırılıb.
1979-cu ildən Vilnüs şəhərində yaşayan və çalılşan Mahir Həmzəyev elmi-ədəbi fəaliyyətlə yanaşı, diaspor işi ilə də məşğuldur. 1988-ci ildəLitva Azərbaycanlıları Cəmiyyətini yaradan Mahir Həmzəyev Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətlamı mövzusunda 1990-2016-cı illərdə Litva, Azərbaycan və Rusiya mediasında işıq üzü görmüş 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik publikasiyaların müəllifidir.
Litvada müxtəlif dövlət işləri və ictimai vəzifələrdə çalışan M.Həmzəyev 2015-ci ildən Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvü, 2016-cı ilin may ayından isə Seymin Liberal Sayudis Fraksiyasının millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçisidir.
Yenicag.az
www.yenicag.az