!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Litva hökumətindən yeni QADAĞA – Vətəndaşlarını bu ölkələrə buraxmayacaq

!Reklam – Yazi

Litva hökuməti məxfi məlumatlarla işləyənlərin dost olmayan ölkələrə səyahətini qadağan etməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə Litva Milli Radio və Televiziyası (LRT) məlumat yayıb.

Kanalın məlumatına görə, çərşənbə axşamı Litva Seymi müzakirələrdən sonra “Dövlət və rəsmi sirr haqqında” qanuna müvafiq dəyişiklikləri təsdiqləyib. Dəyişikliyi 114 deputat dəstəkləyib.

Layihənin qəbuluna daha bir səs qalıb.

Milli müdafiə naziri Laurinas Kaşyunasın deyib ki, düzəlişlər məxfi qurumların əməkdaşlarının xarici ölkələrə və ya onların mövcudluğu Litvanın milli təhlükəsizliyinə təhdid yarada biləcəyi ərazilərə səyahətinə məhdudiyyətlər qoymağı təklif edir. Layihəyə əsasən, icazəsiz səyahətinin qadağan ediləcəyi ölkələr milli təhlükəsizliyə təhdidlər nəzərə alınmaqla hökumət tərəfindən müəyyən ediləcək.

Milli Müdafiə Nazirliyinin məlumatına görə, bura artıq əsgər və ya məmurların girişi qadağan edilən ölkələr də daxil edilməlidir: Rusiya, Belarus və Çin. Hesablamalara görə, qadağa məxfi məlumatlarla işləmək hüququ olan 56 min insana şamil ediləcək.

Seymin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin təklifinə əsasən, qadağa Litva Atıcılıq Assosiasiyasının məxfi məlumatlarla işləmək icazəsi olan üzvlərinə də şamil ediləcək. Hökumətin müəyyən etdiyi hallarda, məsələn, qohumlarının ölümü ilə bağlı müəyyən xarici ölkələrə gediş icazəsi və ya getmə bəyannaməsi ilə mümkün olacaq. Seym tərəfindən təsdiq olunarsa, qanuna edilən dəyişikliklər yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, yanvar ayında Litva hökuməti hərbçilərin, eləcə də sərhədçilərin və polis əməkdaşlarının işdənkənar vaxtlarda Rusiya, Belarus və Çinə getməsinə qadağa qoyub.

Bundan əvvəl Litva Seymi qanuna peşəkar hərbi qulluqçuların vəzifədən kənarda dost olmayan ölkələrə getməsini qadağan edən düzəliş qəbul edib.

Rafi Müslümov

COP29

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv