Reklam: High Technic
hightechnic

Litva ilə Rusiya arasında divar hörüləcək

Litva ilə Rusiyanın Kalininqrad əyaləti arasında sədd çəkiləcək.

Yeniçağ.az-ın məlumatına görə, bunu Litva Daxili İşlər naziri Eimutis Misiunas söyləyib.

Onun sözlərinə görə, bununla bağlı 2017-ci ilin büdcəsinə müvafiq maddə salınıb.

Nazir 135 km uzunluqda divar inşa etmək üçün bidcədən 3.6 milyon avro ayrıldığını bildirib:

“Qaçaqmalçılıq hallarının azalmasına xeyli yardımçı olacaq. Hava şərtləri uyğun olan kimi tikinti işlərinə başlayacağıq”.

Qeyd edək ki, Baltik dənizinin sahilində yerləşən Kalininqrad bölgəsinin Rusiya ilə qurudan bağlantısı yoxdur.

Yeniçağ.az

www.yenicag.az

184