!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Litva Jurnalistlər İttifaqının vitse-prezidenti Azərbaycanda səfərdədir

!Reklam – Yazi

unnamed (2)Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə Azərbaycana səfər edən Litva Respublikası Jurnalistlər İttifaqının vitse-prezidenti,“Alkas.lt” internet portalının redaktoru – Audris Antanaytisin və həmin media orqanının fotoqrafı Arunas Sartanaviçüsün Bakıdakı görüşləri başlayıb. Onlar ilk olaraq Xarici İşlər Nazirliyində nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə görüşüblər. Cənab Hacıyev görüşdə xarici qonaqlara geniş müsahibə verərək Azərbaycanın xarici siyasəti, regional mövqeyi və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında litvalı jurnalistləri məlumatlandırıb. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalı və müharibə 20 ildən artıq bir dövrdə davam edir. İlk növbədə bu suala cavab verməliyik ki, nəyə görə gərginlik və ya atəşkəsin pozulması baş verir? Çünki Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq, Ermənistanın işğalçı qüvvələri mövcuddur. Ermənistan, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə törədib və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. XİN-nin rəsmisi məlumat verib ki, Ermənistanın son illər nümayiş etdirdiyi qeyri-konstruktiv əməllərinin əsl məqsədi münaqişənin əsasını təşkil edən işğal və təcavüzdən yayınmaq və münaqişənin həllinə imkan verməməkdən ibarətdir. “Atəşkəs rejimi əslində nisbi xarakter daşıyır. Atəşkəs münaqişənin nəticələrinin, işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli üçün əlverişli imkan və mühit yarada bilərdi. Əgər kimlərsə nə vaxtsa “bu münaqişənin dondurulmuş olduğunu” iddia edirdilərsə, onlar yanılırlar. Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardıqdan sonra münaqişənin həlli tezliklə mümkün ola bilər”. Görüşdə iştirak edən BAMF sədri Umud Mirzəyev isə 1988-1989 – ci illərdə Azərbaycanlıların Ermənistandakı öz doğma yurdlarından çıxmağa məcbur edilməsi, deportasiyası haqqında informasiyaları, faktları qonaqların diqqətinə çatdırıb.

Daha sonra Litvalı jurnalistlər Litvanın Azərbaycandakı səfirliyində olublar, burada səfir Valdas Lastaukasla Azərbaycan-Litva əlaqələri ilə bağlı geniş müsahibə ediblər. Qeyd edək ki, Litvalı jurnalistlər Azərbaycanda olduqları hər gün hazırladıqları reportajları “Alkas.lt” internet portalında yerləşdirəcəklər.Onların səfər çərçivəsində Azərbaycanın ictimai xadimləri, rəsmi qurumları , qaçqın və məcburi köçkünlərlə görüş keçirəcəkləri, o cümlədən Qubaya,Füzuli və Tərtər rayonlarını ziyarət etməsi nəzərdə tutulur.

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv