Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Litvada prezident seçkiləri keçirilir

Litvada yeddinci prezident seçkilərində bu gün yerli vaxtla saat 07:00-da təxminən 2 min seçki məntəqəsi açılıb.

Yenicag.az-ın məlumatına görə, eyni zamanda, ölkədə ikili vətəndaşlığın tətbiq edilməsi və deputatlar korpusunun 15% azaldılması ilə bağlı iki referendum keçirilir.

Litvada 2.5 milyondan artıq vətəndaş səsvermə hüququna malikdir (ümumilikdə ölkədə 2,8 milyon insan yaşayır).

Qeyd edək ki, Litvanın prezidenti postuna 9 namizəd var. Qələbə qazanmaq üçün namizəd 50% -dən çox səs toplamalıdır.

www.yenicag.az

2926