BMT-nin italyalı 4 sülhməramlısı Livanın cənubundakı mövqelərinə döyüş mərmiləri düşməsi nəticəsində yaralanıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) bəyanatında deyilir.
“Şamaadakı Qərb Sektor Komandanlığının qərargahına 122 mm-lik mərmi düşüb, nəticədə 4 italyan sülhməramlı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, xoşbəxtlikdən həyatları təhlükə altında deyil”, – bəyanatda vurğulanıb./Report/