Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə açıqlama verib.
Onun sözlərinə görə, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir. Ancaq heyət qismən təxliyə olunub.