Livanın bütün ərazisi işıqsız qalıb

Bütün Livanda elektrik enerjisi kəsilib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin elektrik enerjisi istehsalı, ötürülməsi və paylanmasının 90%-nə nəzarət edən “Électricité du Liban” enerji şirkəti məlumat yayıb.

Dövlət şirkəti qeyd edib ki, ölkəni enerji ilə təmin edən “Az-Zəhrani” elektrik stansiyalarının sonuncu qrupu onun anbarlarında yanacaq ehtiyatı tükəndiyi üçün tamamilə sıradan çıxıb. Bu, Livanın bütün ərazisinin işıqsız qalmasına səbəb olub.

COP29