“Liverpul” Çempionlar Liqasının qalibidir!

Bu gün Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Tottenhem” və “Liverpul” klubları üz-üzə gəlib.

İspaniyanın paytaxtı Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcən qarşılaşma “Liverpul”un 2:0 hesablı qələbə qazanıb.

Bununla da “Liverpul” Çempionlar Liqasının kubokunu başı üzərində qaldırıb.

Qeyd edək ki, “Liverpul” 6-cı də ÇL-in qalibi olub.

1 iyun

Çempionlar Liqası, final

23:00. “Tottenhem” (İngiltərə) – “Liverpul” (İngiltərə) – 0:2

Qol: Salah, 2 (pen), Origi, 87

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan və Mateo Laos
Madrid. “Vanda Metropolitano” stadionu.

COP29