İngiltərənin “Liverpul” klubunun futbolçusu Əmrə Can mövsümü erkən başa vurub.
Yenicag.az xəbər verir ki, “Everton”la matçda belindən zədələnən Canın durumu ciddidir. Bu səbəbdən Almaniya millisinin üzvü mövsümün sonuna qədər meydana çıxa bilmyəcək. Onun yığmanın heyətində yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirakı da sual altındadır.
Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 26 oyuna çıxıb və 3 qol vurub.