“Liverpul”un baş məşqçisi təyin olundu – FOTO

Bir neçə gün öncə “Napoli”dən ayrılan Karlo Ançelottinin yeni iş yeri müəyyənləşib.

Yenicag.az “Liverpul”un rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis karyerasını İngiltərədə davam etdirəcək.

60 yaşlı çalışdırıcı “Everton”un baş məşqçisi təyin olunub. Təcrübəli məşqçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Karlo Ançelotti bundan əvvəl də Premyer Liqada işləyib. O, 2009-2011-ci illərdə “Çelsi”ni çalışdırıb.

COP29