Liviya Milli Ordusu hərbi əməliyyatlara başladı

Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Mazruk şəhəri istiqamətində hərbi əməliyyatlara başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə 218 telekanalına Haftar ordusunun komandirlərindən biri deyib.

Onun sözlərinə görə, əməliyyatın məqsədi ekstremist Çad müxalifləri və onlarla əməkdaşlıq edən muzdluları şəhərdən çıxarmaqdır.

Komandir bildirib ki, əməliyyat hərbi aviasiyanın dəstəyi ilə həyata keçiriləcək.