Liviyada məhkəmə 17 nəfəri “İslam Dövləti” qruplaşmasına qoşulmaqda və onun adından cinayət törətməkdə təqsirli bilib.
Yenicag.az xəbər verir ki, Tripoli məhkəməsi həmin şəxslər barəsində ölüm hökmü çıxardıb.
Bildirilir ki, onlar İD-yə aid digər hərəkətlərdə və “dövlət və ictimai sülhə” qarşı hücumlarda, həmçinin qərbdəki Sabratha şəhəri və onun ətraflarında “silahlı zorakılıq”da təqsirli biliniblər.
Həmçinin, məhkumlar 53 nəfərin ölümündə təqsirli biliniblər.