Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Liviyada dəniz sahilində 74 miqrantın cəsədi aşkarlanıb

Liviyanın Əz-Zaviyə şəhərində, dəniz sahilində 74 miqrantın cəsədi aşkarlanıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətindən bildirilib.

“Meyitlər hələ də dənizdə qalmaqdadır, qeyri-sabit hava və qayıqların olmaması səbəbindən komandamız onları sahilə çıxara bilmir. Sahil boyu 74 cəsəd aşkarlanıb, qalanlarının da sahilə çıxacağı gözlənilir”, – deyə cəmiyyətin nümayəndəsi Taha Sultan bildirib.

Faciənin hansı şəraitdə baş verdiyi məluma deyil. Sahildə deşilmiş rezin qayığın da tapıldığı bildirilir. Qəza baş verən an qayıqda 150 nəfərin olduğu ehtimal edilir.

Yeniçağ.Az

www.yenicag.az

465