!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Liviyada girov götürülən BMT əməkdaşları azad edildi - YENİLƏNİB

!Reklam – Yazi

Liviyanın Əz-Zaviyə şəhərində silahlılar tərəfindən girov götürülmüş BMT missiyasının əməkdaşları azad edilib.

Yenicag.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yerli tayfa başçıları ilə danışıqlardan sonra sərbəst buraxılan BMT əməkdaşları Tripoliyə yollanıb.

İnsident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.

***

Liviyada “Əl-Qaidə” ilə əlaqəli silahlılar Birləşmiş Millətlər Təşkilatı (BMT) missiyasının üzvlərini əsir götürüb.

Yenicag.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına görə, onlar Səudiyyə Ərəbistanı həbsxanalarından silahdaşlarının azad edilməsini tələb ediblər.

Hadisə Əz-Zəviyyə yaşayış məntəqəsində baş verib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Qeyd edək ki, Liviya Muammər Qəddafinin devrildiyi 2011-ci ildən etibarən sabitlik əldə edə bilməyib. Ölkədə təhlükəsizlik təmin edilməyib, tayfalar arası döyüşlər və lokal qarşıdurmalar davam edir. Qarışıqlıq mühiti başda İŞİD olmaq üzrə cihadçı və radikal qrupların güc qazanmasına səbəb oldu.

İslamçı qüvvələr 2014-cü ildə paytaxt Tripolisi ələ keçirərək burada öz hökumətlərini qurmuşdu.

Beynəlxalq aləmdə tanınan hökumət və məclis isə ölkənin şərqindəki Tobruka qaçaraq fəaliyyətlərini burada davam etdirdi. BMT aylardır Liviyada milli birlik hökuməti qurulması üçün çalışır.

Yenicag.az

www.yenicag.az

899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv