Liviyada hava limanı atəşə tutuldu

Liviyanın paytaxtı Tripolinin Mitiqa hava limanı atəşə tutulub.

Yenicag.az xəbər verir ki, bu barədə hava limanının administrasiyasının rəsmi “Facebook” səhifəsində yerləşdirdiyi məlumatda deyilir.

Məlumatda bildirilir: “Hava limanının atəşə tutulması nəticəsində iş dayandırılıb. Hava limanı reyslərini qəbulunu və göndərilməsini tamamilə dayandırıb”.

Qeyd edilir ki, İstanbul və Tunisdən gələn təyyarələr Liviyanın Misurat şəhərinin hava limanına yönləndiriliblər./Trend/