Liviyanın sahil mühafizə qüvvələri 1,7 mln litr qaçaqmal dizel yanacağı daşıyan “Captain Khayyam” tankeri saxlanılıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, saxlanılan tanker Liviya paytaxtı Tripolidəki dəniz bazasına gətirilib.
“Sahil mühafizə qüvvələri ərazidə patrul xidməti çəkərkən göyərtəsində 1,66 mln litr dizel yanacağı olan tanker saxlayıb”, deyə Liviya sahil mühafizə qüvvələrinin nümayəndəsi Əbu Acil bildirib.
O həmçinin əlavə edib ki, saxlanılan 12 nəfərdən ibarət heyət üzvləri arasında Türkiyə, Azərbaycan və Ukrayna vətəndaşları var.