Liviyadakı ən böyük neft yatağından yenidən hasilata başlanılıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 3 aydır fəaliyyəti dayandırılan Liviyanın cənubundakı “Sharara” neft yatağının fəaliyyəti bərpa edilib.
Yatağın fəaliyyətinin dayanmasına səbəb silahlı qruplar tərəfindən ərazinin nəzarətə alınması idi.
Yatağın 3 ay fəaliyyətsiz qalması Liviya Milli Neft Korporasiyasına 1,8 milyard dollarlıq zərər vurub.