Liviyada toqquşma – 4 ölü, 3 yaralı

143df49cb833361af99539123f9a8e69Liviyanın şərqində İŞİD terror qruplaşmasının silahlıları ilə toqquşmada 4 liviyalı əsgər həlak olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində daha 3 Liviya silahlı qüvvələrinin hərbçisi yaralanıb.

Toqquşmaların Benqasidən şərqdə yerləşən Derna şəhərinin ətrafında baş verdiyi bildirilir.

Terrorçuların itkisi barədə məlumat verilmir.