“Biz Orta Asiyada rus hökmranlığının bərpasını görməyəcəyik. Xarici imperiyaların vaxtı arxada qalıb”.
Bu fikirləri amerikalı siyasətçi Lizzi Vahab Yenicag.az-a açıqlamasında səsləndirib. Rusiyanın belə bir xülyasının heç zaman reallaşmayacağını qeyd edən siyasətçi XXI əsrdə bu kimi düşüncələrə yer olmadığını bildirib.
“Mən müdafiə edərdim ki, bütün tərəflər qonşularının suverenliyinə hörmət etsinlər və fikir ayrılıqlarını zorakılıqla deyil, diplomatiya yolu ilə həll etsinlər. Bütün müstəmləkə iddiaçıları bilməlidirlər ki, Mərkəzi Asiya xalqlarının xatirələri uzun müddətdir və onlar yeni, həvəskar “Böyük Oyun”da çətinliklə əldə etdikləri müstəqilliklərindən əl çəkməyəcəklər”.