Llisenziyasız fəaliyyət göstərən stomatoloji məntəqələr aşkarlandı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı şəhər ərazisində qanunsuz fəaliyyət göstərən bir neçə stomatoloji məntəqə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, yoxlamalar zamanı şəhərin N.Nərimanov,M.Maqomayev prospektləri və Energetiklər qəsəbəsində yerləşən ümumilikdə üç stomatoloji məntəqənin lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Orada çalışan şəxslərin əməllərində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci ( Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) maddəsinin tərkib əlamətləri olduğundan onların barəsində polis əməkdaşları tərəfindən akt tərtib olunaraq baxılması üçün Səhiyyə Nazirliyinə göndərilib.