!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

LOBBİ.az-ın Gəncədə təqdimatı keçirildi – FOTOLAR

!Reklam – Yazi

21 iyun 2019-cu il tarixdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “LOBBI.az informasiya portalının hazırlanması” layihəsinin növbəti təqdimatı edib. QHT, media rəhbərləri və gənclər iştirak ediblər.

YAP Gəncə təşkilatının konfrans zalında baş tutan təqdimatı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov çıxış edərək layihə haqqında geniş məlumat verib. ASGA-nın əsas strateji profillərindən birinin də diaspor siyasəti olduğunu deyən S.Abbasov ASGA-nın bu gün Rusiyada, Ukraynada, Polşada və Belarusda nümayəndəliklərinin fəaliyyət göstərdiyini deyib. Sonda S.Abbasov bu layihəyə dəstək olduğuna görə Şura rəhbərliyinə və katibliyinə təşəkkür edib.

Daha sonra YeniÇağ Media qrupun rəhbəri Aqil Ələsgər çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. A.Ələsgər müasir dünya çağırışlarına adekvat olaraq belə informasiya mərkəzlərinin yaradılmasının zəruri olduğunu bildirib.

Vətənİnfo.az saytının baş reaktoru Nahid Canbaxışlı isə çıxışında müasir dünyanı öz cənginə alan informasiya müharibəsindən danışdı. Bütün sahələrdə olduğu kimi diaspor sahəsində də yeni resursların yaradılmasını vacib hesab edən N.Canbaxışlı LOBBİ.az saytının bu istiqamətdə mühüm işlər görəcəyinə əmin olduğunu dedyib.

Azərbaycan Diaspor informasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili çıxış edərək lobbiçiliyinin inkişafında innovativ alətlərin tətbiqinin vacib olduğunu deyib. T.Allahverdili dünya azərbaycanlılarının informasiya təminatına tövhə verəcək istənilən təklifin diaspor siyasətinə müsbət təsir edəcəyini deyib.

Tədbirin sonunda LOBBİ.az saytı iştirakçılara təqdim edilib.

www.yenicag.az

2375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv