Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Lobbi.az” saytının təqdimatı keçirildi – FOTO

Bu gün Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Lobbi.az” informasiya portalının təqdimatı keçirilib.

Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov açıb.

Layihə haqqında məlumat verən qurum sədri diaspora işləri və informasiya müharibəsinin vacibliyindən danışıb.

Millət vəkili Elşən Musayev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan diaspora siyasətinin prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirib. Tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Xələf, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Cahid İsmayıloğlu, “Diasporpress.az” saytının rəhbəri Toğrul Allahverdili və digər qonaqlar da çıxış edib.

Tədbirin sonunda “Lobbi.az” saytı qonaqlara təqdim edilib.

Firuz Asanov

www.yenicag.az

1344