Dünya Azərbaycanlıları Assambleyası rəsmi olaraq Avropa İttifaqı və Avropa Parlamentində lobbi qurumu olaraq qeydiyyata alınıb.
Assambleyadan Yeniçağ.az-a daxil olan məlumata görə, bu status DAA-ya adıçəkilən qurumların rəhbərliyinə, Avropa Parlamenti üzvlərinə, komitə rəhbərlərinə birbaşa çıxış imkanı yaradır.
Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası 6 sentyabr 2016 – ci ildə Almaniya Federativ Respublikasında beynəlxalq qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib.
Yeniçağ.Az