Lökbatanda doğum evində qazidən rüşvət istədilər – “Kişisən də, vuruşmalı idin” – VİDEO

Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunub.

Yenicag.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, Sevinc adlı tibb bacısı qazidən qızı doğulduğu üçün pul istəyib. Qazi cibində olan manatları ona verib. Tibb bacısı isə pulun az olduğunu deyib:

“Bu birinci doğuş üçün çox azdır. Qarabağda döyüşmüsən lap yaxşı. Kişisən də, vuruşmalı idin” deyə bildirib.

 

COP29