Lökbatanda yolu su basdı – Tıxac yarandı – SƏBƏB / VİDEO

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Yenicag.az-a bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir.

Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının – avtomobillərin təhlükəsiz keçidi təmin olunur.

***

Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Hazırda “Azərsu” ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadaları cəlb olunub, lazımi tədbirlər görülür.

***

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basıb.

Yenicag.az xəbər verir ki, subasma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.